Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Xaricdə İran İslam Respublikasına qarşı mübarizə aparan iranlılar arasında hazırda İranın ali dini lideri olan Seyid Əli Xamnəinin yaxın qohumları da var.
Reyting.az-ın məlumatına görə, İranda baç verən son etirazlar fonunda ali dini liderin qohumlarının anti-İran fəallığı da artıb.
Etiraz edənlər arasında Seyid Əli Xamnəinin bacısı oğlu doktor Mahmud Muradkhani də var. Hazırda Fransada məskunlaşmış ali liderin bacısı oğlu özünün “X” hesabında İranla bağlı videolar yayır və mövcud rejimin insanlarla bu şəkildə davranmasına kəskin etiraz edir.
Cənab Muradkhani bəyan edib ki, hazırki İran hakimiyyətinə qarşı müxalifətdədir.
Onun yayımladığı videolardan birində özünün iştirak etdiyi hansısa aksiya əks olunub.

V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.