RU

“Ziraat Bank”da əhalinin əmanətləri azaldı, bankın öhdəlikləri artdı

2025-ci ilin dekabrın 31-nə “Ziraat Bank”da fiziki şəxslərin müddətli depozitləri 8 milyon 61.58 min manat və ya 5,03% azalıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bankda 2024-cü ildə bankda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 160 milyon 271,11 min manat təşkil edirdisə, 2025-ci ildə həmin rəqəm 152 milyon 209,53 min manat olub.

Ötən bankın il öhdəlikləri 419 milyon 476,44 min manat və ya 53,26% artaraq 1 milyard 207 milyon 066,36 min manat təşkil edib. 2024-cü ildə bu rəqəm 787 milyon 589,92 min manat olub.

Maliyyə qurumunda bankların depozitləri də 58,41% azalaraq 40 milyon 417,60 min manata enib (2024-cü ildə - 97 milyon 179,20 min manat)

Избранный
86
1
publika.az

2Источники