Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il yanvarın 29-dəkdoktorantura, dissertantura və adyunkturada təhsil alan və yatəhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçininəcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrəfəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elanedir.
Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, xarici dillər üzrə fəlsəfə doktoru imtahanı2026-cı il fevralın 15-də, əcnəbilər üçün Azərbaycan dili üzrəfəlsəfə doktoru imtahanının isə fevralın 16-da keçirilməsi nəzərdətutulur. Danışıq bloku üzrə imtahanın isə 19 fevral 2026-cı iltarixində keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.