ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda "Qarabağ"ın Bakıda "Ayntraxt" klubu ilə keçiriləcəyi oyun günü - yanvarın 21-i üçün hava proqnozu açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən arabir yağıntılı olacağı gözlənilir.
Onun sözlərinə görə, 20-dən 21-nə keçən gecə və səhər yağıntının bəzi yerlərdə sulu qara, Abşeron yarımadasının nisbətən yüksək ərazilərində isə qara keçəcəyi ehtimal olunur.
"Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək, havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti təşkil edəcək", - o, əlavə edib.
Qeyd edək ki, matç Bakı vaxtilə saat 21:45-də başlayacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.