RU

Belə yanaşma uşağın özünə inamını, risk edib öyrənmək cəsarətini artırır Təhsil eksperti

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Şagirdlər çətinlik çəkəndə böyüklərin dərhal köməyə qaçması həmişə faydalı olmur. Niyyət yaxşı olsa belə, edilən kömək, mən buna müdaxilə deyərdim, uşağın özünə inamını və yeni çətinliklərə cəhd etmə həvəsini azalda bilər. Araşdırmalar göstərir ki, 5 yaşından etibarən uşaqlar, böyüklər problemi onlar üçün həll etdikcə çətin tapşırıqların öhdəsindən gəlmək motivasiyasını itirirlər. 6–11 yaşlı qızlar, sizdən kömək istəmədiyi halda siz onlara kömək edəndə, onlar özlərini daha az ağıllı hiss etdiklərini bildiriblər. Bu cür erkən və lazımsız müdaxilə uşağa “bu sənin bacaracağın bir iş deyil” mesajı verə bilər”.

Bu fikri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib. Onun dediyinə görə, öyrənmə prosesi çox vaxt çaşqınlıq və yüngül çətinlik anlarında baş verir: “Tövsiyə olunur ki, müəllimlər və valideynlər birbaşa cavab vermək əvəzinə ipucu versinlər, suallar versinlər. Uşağı düzgün istiqamətə yönəltsinlər, amma düşünməyi onun yerinə etməsinlər. Belə yanaşma uşağın müstəqilliyini, özünə inamını, risk edib öyrənmək cəsarətini artırır”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
525.az

1Источники