Bakı. Trend:
2025-ci ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərivasitəsilə 23,144 milyard kub-metr qaz nəql edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 292milyon kub-metr və ya 1,3% çoxdur.
Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 40,236milyard kub-metr qaz nəql edilib və əvvəlki ilə nisbətən 0,3 faizazalma müşahidə olunub. Qazın nəqlinin 57,5 faiziBakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyatakeçirilib.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycansektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasiledilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. CənubiQafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və"Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəqledilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağınınikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmişCənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvilverilməsinə başlanılıb.