
ABŞ iki gündür İran ətrafında kəşfiyyat uçuşları həyata keçirir.
Missiya.Az xəbər verir ki, bu barədə "Flightradar24" platforması məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin müxtəlif kəşfiyyat təyyarələri İran ətrafında uçuşlar həyata keçirir.
Qeyd edək ki, “Flightradar24” dünya üzrə real vaxtda kommersiya və bəzi hərbi uçuşları izləməyə imkan verən bir platformadır. “Flightradar24” istifadəçilərə təyyarələrin mövqelərini, yüksəklik və sürət məlumatlarını göstərir və beynəlxalq uçuşların monitorinqi üçün geniş istifadə olunur.
Daşqın HəsənovMissiya.Az