RU

Ötən həftə 508 hektardan çox ərazi minalardan təmizlənib

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

Azad olunan ərazilərdə yanvarın 12-dən 18-dək 6 tank əleyhinə mina, 63 piyada əleyhinə mina, 253 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Hurriyyet.az xəbər verir ki, "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 508.7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
30
hurriyyet.az

10Источники