RU

Çin Rusiyanı “Maduronu itirməkdə günahlandırır S 300 və Buk M2” lər işləməyib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Pekin Venesueladakı Amerika xüsusi əməliyyatı və Nikolas Maduronun qaçırılmasından çaşqınlıq içində qalıb. Çin bunu "unudulmayacaq" bir rüsvayçılıq hesab edir və Rusiyanı müttəfiqini xəbərdar etmədiyinə görə sorğulayır.

“AzPolitika” xəbər verir ki, bunu “The Times” qəzeti özəl mənbələrə istinadla yazıb. İddia edilir ki, ABŞ əməliyyatı zamanı Rusiyanın "S-300" və "Buk-M2" raket sistemləri işləməyib və rus diplomatları əvvəlcədən Karakasdan təxliyə edilib. Müdaxilənin qaçılmaz olduğunu bilən Moskva, guya Pekini məlumatlandırmayıb.

Çində bu, Rusiyanın müttəfiq kimi etibarlılığına şübhələri artırıb və iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar yaradıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
63
azpolitika.info

1Источники