RU

"Qalatasaray" niderlandlı ulduzu ALIR

Niderland millisinin üzvü Noa Lanq karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Qalatasaray" klubuna transfer olunmağa yaxındır.

Xəbərdə bildirilir ki, "sarı-qırmızılar" italiyalı "Napoli" klubu ilə vingerin keçidi ilə bağlı razılıq əldə ediblər. İstanbul təmsilçisinin futbolçunun özü ilə də şərtlər üzərində anlaşdığı qeyd olunur.

Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yay transfer pəncərəsində Niderlandın PSV klubundan "Napoli"yə keçmişdi.

Hüseyn
Milli.Az

Избранный
116
2
milli.az

3Источники