RU

Azərbaycan ilə Malayziya arasında fövqəladə hallarla bağlı əlaqələrin genişləndirilməsi müzakirə edilib  

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Malayziyaya səfər edib. Səfər çərçivəsində nazir Malayziya Mülki Müdafiə Qüvvələrinin baş komissarı Məhəmməd Abidin Abd Rəhman ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iqlim dəyişikliyi, təbii fəlakətlərin intensivləşməsi və texnogen qəzalar fonunda fövqəladə halların idarəedilməsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığı vurğulanıb.

Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq çərçivəsində Azərbaycanla Malayziyanın fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında fəlakətlərin və böhranların idarəedilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, birgə təlim və ixtisasartırma proqramlarının həyata keçirilməsi faydalıdır. Hazırki səfərin və aparılan müzakirələrin əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Избранный
30
1
azerbaijan-news.az

2Источники