Bakı, 19 yanvar, AZƏRTAC
Cənubi Afrikada məktəbli avtobusunun yük maşını ilə toqquşması nəticəsində 12 şagird həlak olub, 4 nəfər isə ağır yaralanıb.
AZƏRTAC xəbər verir ki, özəl məktəbə məxsus nəqliyyat vasitəsi yük maşını ilə toqquşduqdan sonra yoldan çıxıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.
Faktla əlaqədar araşdırmalar aparılır.