RU

Tailandda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Pekin, 19 yanvar, AZƏRTAC

Azərbaycanın Tailanddakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Elçin Bəşirov 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlıq tarixinin ən mühüm səhifələrindən biri olduğunu vurğulayıb, onun milli-azadlıq mübarizəmizdə və müstəqilliyimizin əldə olunmasında oynadığı roldan bəhs edib. Bildirib ki, faciənin ertəsi günü xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib və xalqımıza qarşı törədilən bu cinayəti kəskin şəkildə pisləyib.

E.Bəşirov Azərbaycan xalqının bu faciəni heç vaxt unutmayacağını və şəhidlərimizin əziz xatirəsinin daim uca tutulacağını qeyd edib.

Sonra 20 Yanvar şəhidlərinin xatirəsinə həs edilmiş sənədli film nümayiş olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
160
azertag.az

1Источники