
“Xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra Belarus ilə Rusiya Ukraynaya kömək edəcək və Kiyev Qərb üçün lazımsız hala düşəcək”.
Missiya.Az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Kirov vilayətinin qubernatoru Aleksandr Sokolovla görüşü zamanı deyib.
"Müharibədən sonrakı dövrdə bizdən başqa heç kim ukraynalılara kömək etməyəcək", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Ukraynaya olan marağını itirəcək və İrana, Yəmənə, o cümlədə Tayvana üz tutacaq.
Lukaşenko həmçinin qeyd edib ki, Ukraynada sülh yolu ilə həll asan proses deyil, lakin böhranın həlli üçün addımlar atılmalıdır.
Daşqın HəsənovMissiya.Az