RU

"19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsi qarlı yollarda hərəkəti bərpa edir » AzadMedia.az


Xəbər verdiyimiz kimi, bölgələrdə qarlı-şaxtalı hava müşahidə olunur. "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti Şamaxı-Məlikçobanlı-Göylər kəndində yolları qardan təmizləyir. Sürücülərin və sakinlərin təhlükəsiz hərəkəti üçün yollara qum və duz məhlulları səpilir.
İdarənin sahə rəisi Şahin Rəcəbovun AzadMedia.az-a verdiyi məlumata görə, texnika və işçi heyəti Şamaxı-Birinci Çaylı kənd yolu və Şamaxı-Quşçu kənd yolunu da qardan təmizlənir
İdarənin əməkdaşları yollarda buzlaşmanı aradan qaldırır. Sürücü və piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunur. Göründüyü kimi, adıçəkilən yollarda avtomobillərin hərəkəti bərpa olunub.
Избранный
67
1
azadmedia.az

2Источники