RU

Xaçmazda “VAZ” yoldan çıxaraq aşdı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Xaçmaz rayonu, Qımıl kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 18-də səhər saatlarında qeydə alınıb.

Belə ki,10-NP-336 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq aşıb. İlkin məlumata əsasən, qəzaya səbəb əlverişsiz hava şəraiti nəticəsində nəqliyyat vasitəsinin sürüşməsi olub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb, avtomobilə isə maddi ziyan dəyib. 

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Oxunub 210

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
100
avtosfer.az

1Источники