Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ümumdünya İqtisadi Forumunda (ÜİF) iştirak etmək üçün Davosa səfər edəcək. Orada o, ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, Kirill Dmitriyev bu həftə İsveçrənin Davos kurortuna gedəcək və Ümumdünya İqtisadi Forumunun kuluarlarında ABŞ nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlar aparacaq.
Eyni zamanda, "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb ki, Dmitriyev Davosda ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Kared Kuşnerlə görüşəcək.
“Dmitriyev sabah Davosda prezident Trampın elçiləri Vitkoff və Kuşnerlə ABŞ-ın sülh planının müzakirəsi üçün görüşəcək. Bu məlumat mənbə tərəfindən təsdiqlənib”, – deyə jurnalist bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu il Ümumdünya İqtisadi Forumunda şəxsən iştirak edəcək. O, ötən il forumda videobağlantı vasitəsilə çıxış etmişdi. Trampı Davosa böyük ABŞ nümayəndə heyəti müşayiət edəcək.
Vrilən məlumatına görə, Davosda Ukrayna və ABŞ prezidentləri Ukraynanın müharibədən sonrakı bərpası və “rifahı” ilə bağlı 800 milyard dollar dəyərində saziş imzalamalıdırlar.
Bununla yanaşı, Zelenski ilə Trampın görüşündə İtaliya, Almaniya, Fransa, Kanada və Böyük Britaniyanın liderləri, eləcə də Avropa Komissiyasının prezidenti iştirak etməyi planlaşdırır. “Böyük Yeddilik” ölkələrinin bu nümayəndələri ABŞ prezidentini Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləməyə razı salmaq niyyətindədirlər.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.