Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
1-ci Liqada çempionluq uğrunda mübarizə aparan "Şəfa" növbəti transferini realllaşdırıb.
Bakı təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, Kosovonun "Drenitsa" klubundan ayrılan yarımmüdafiəçi Elmir Tağıyev heyətə qatılıb.
25 yaşlı Elmir mövsümün geridə qalan hissəsində Kosovo komandasında 5 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.
"Şəfa" 30 xalla 1-ci Liqanın turnir cədvəlinə başçılıq edir. 33 yaşlı Elgiz Kərəmlinin çalışdırdığı kollektiv çempionatda yenilgi acısı dadmayıb.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.