Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Saray qəsəbəsinin sakinləri yolda yaranan vəziyyətdən şikayətçidirlər.
Oxu.Az xəbər verir ki, yağış yağdıqda sözügedən qəsəbədə yol palçıq səbəbindən keçilməz olur.
Sakinlər bildiriblər ki, 522 saylı marşrut avtobusunun xətti yenilənsə də, yolun vəziyyəti hərəkətə maneə yaradır.
Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, qəsəbədə yolun abadlaşdırılması Saray Bələdiyyəsinin Tədbirlər Planına daxil edilib:
"Sakinlər tərəfindən verilən vergilər əsasında formalaşan büdcənin imkanı ilə proseslər həyata keçiriləcək".
Aygün Mirakif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.