RU

Ekspert: Orta Dəhlizin iriölçülü yüklərin daşınması üçün də etibarlı olduğu sübut edilib  

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikinti layihəsi çərçivəsində “Envision” şirkəti iki marşrut üzrə külək turbinlərini Azərbaycana çatdırıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, turbinlər 9200 kilometrlik məsafəni qət edib Orta Dəhlizlə Qazaxıstana, Xəzər dənizi üzərindən Bakı Gəmiqayırma Zavoduna, oradan da Xızı rayonuna çatdırılıb.

Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, ikinci marşrut dəniz nəqliyyatı ilə Çindən başlayıb, müxtəlif dəniz və boğazlardan keçərək Trabzon limanına, oradan isə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana daxil olub.

“Hər iki marşrutun maraqlı və diqqətçəkən məqamları var. Çünki bu qabaritli yüklərdir, bu tip yüklərin də xüsusi çəki, ölçü məhdudiyyətləri olur. Artıq şərqdən qərbə, qərbdən şərqə bu növ yüklərin daşınması mümkündür. Bu nümunə Orta Dəhlizin təkcə konteyner daşımaları üçün deyil, iriölçülü və ağır sənaye yükləri üçün də etibarlı alternativ olduğunu praktik olaraq sübut edir”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.

Ekspert qeyd edib ki, digər marşrutlardan daşınan irihəcmli yüklər daha çox investisiya tutumludur: “Bu növ daşımaların mümkün olması Orta Dəhlizə əlavə dividendlər qazandıracaq. Bu növ daşımalara ehtiyac yaranarsa Azərbaycan üzərindən reallaşdıra biləcək. Ölkəmiz öz nümunəsində göstərdi ki, istənilən yükün daşınması bu marşrut vasitəsilə mümkündür”.

Избранный
50
azerbaijan-news.az

1Источники