RU

Hindistanda buğa döyüşlərində 7 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Pekin, 19 yanvar, AZƏRTAC

Hindistanın cənubundakı Tamil Nadu əyalətində həftəsonu keçirilən bir neçə buğa döyüşündə yaranan qarışıqlıq zamanı öküzlərin hücumu nəticəsində ümumilikdə 7 nəfəri ölüb, əksəriyyəti tamaşaçı olmaqla 100-dən çox insan yaralanıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, ölüm və xəsarət halları ştatın müxtəlif yerlərində keçirilən tədbirlər zamanı qeydə alınıb. Buğa döyüşü Tamil Nadu əyalətində keçirilən ənənəvi Ponqal məhsul festivalının bir hissəsidir. Buğa döyüşü kişilərin öküzü qovalamasını, onun belində mümkün qədər uzun müddət minməsi kimi “əyləncələri” əhatə edir. Bu tədbirlərin bir çoxunda avtomobil, motosiklet və qızıl sikkələr kimi mükafatlar oynanılır.

İllər ərzində buğa döyüşlərində bir çox insan qanaxmadan ölüb. Təkcə 2017-2023-cü illər arasında 102 ölüm hadisəsi qeydə alınıb. Heyvan hüquqları fəallarının tələblərindən sonra 2014-cü ildə Hindistan Ali Məhkəməsi buğa döyüşü rəsmən qadağan edib. Buna baxmayaraq, 2017-ci ildə Tamil Nadu əyalətinin əhalisinin istəyini nəzərə alaraq buğa döyüşlərinin təşkilinə icazə verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
25
azertag.az

1Источники