Qar voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış yanvarın 24–25-də Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.
Turnirdə qadınlar arasında 5 ("Gəncə", "Azərreyl", "Milli", "Milli-2", "Qaraqaya"), kişilərdə isə 4 komanda ("Gənclər", "Qaraqaya", "Baku Fires", "Azərreyl") iştirak edəcək. Oyunlar dairəvi sistem üzrə keçiriləcək.
Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.
Qeyd edək ki, qar voleybolu üzrə Azərbaycan çempionatı ilk dəfə ötən ilin yanvarında baş tutub.
Yüksək Liqa: “Azərreyl” “Gənclər”i, “Abşeron” “Gəncə”ni məğlub edib
Yüksək Liqada IX turun növbəti oyunları keçiriləcək
Yüksək Liqa: IX tura yekun vurulub
Azərbaycanlı hakim "Srvena Zvezda"nın oyununa təyinat alıb
Yüksək Liqada IX tura yekun vurulacaq