Bakı. Trend:
Yanvarın 19-da Azərbaycan Respublikasının maliyyə naziri SahilBabayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və MərkəziAsiya Regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru SamehNaguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru xanım RolandePrays ilə görüşüb.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan iləDünya Bankı arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları,Bankın ölkəmizdə icra etdiyi cari və gələcək proqramlar, xüsusiləsu və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın mövcud vəziyyətivə perspektivləri müzakirə olunub.
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası DünyaBankı ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıqçərçivəsində Bank tərəfindən maliyyələşdirilən layihələr vəgöstərilən texniki dəstək ölkənin sosial-iqtisadi inkişafında mühümrol oynayır.
Kənd təsərrüfatı və suvarma sahəsində prioritet məsələlərətoxunan nazir “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və SuvarmaXidmətləri” layihəsi çərçivəsində məhsuldarlığın və dayanıqlılığınartırılmasının, eləcə də müxtəlif dəyər zəncirlərində rəqabətqabiliyyətinin gücləndirilməsinin əsas məqsəd kimi müəyyənedildiyini qeyd edib. Bildirilib ki, layihə irriqasiyasistemlərinin təkmilləşdirilməsini, iqlimə uyğun və bazar yönümlütexnologiyaların tətbiqini, kənd təsərrüfatı təcrübələrininmodernləşdirilməsini və sektorun davamlı inkişafına xidmət edənəlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Öz növbələrində Dünya Bankının nümayəndələri Azərbaycanda həyatakeçirilən islahatları və son illərdə əldə olunan sosial-iqtisadinailiyyətləri yüksək qiymətləndirərək, Bankın ölkəmizlətərəfdaşlığının gələcək dövrdə də davam etdirilməsində maraqlıolduqlarını bildiriblər. Qeyd olunub ki, xüsusilə su və kəndtəsərrüfatı sahələrində icra olunan və planlaşdırılan layihələrdayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, iqlimdəyişikliklərinə adaptasiya və kənd ərazilərində rifahınartırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı nəqliyyat, logistika və yol infrastrukturusahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Tərəflər buistiqamətlər üzrə potensial layihələrin icrası, regionalinteqrasiya perspektivləri və dayanıqlı infrastrukturun inkişafetdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsininvacibliyini vurğulayıblar.