Bakı.Trend:
Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onlartəkcə təqvimdə bir tarix deyil, milli yaddaşın, kollektiv şüurun vədövlətçilik düşüncəsinin ayrılmaz hissəsinə çevrilib. 20 Yanvar daməhz belə günlərdəndir. Bu tarix həm böyük faciənin, həm də milliiradənin, azadlıq əzminin rəmzi kimi yaddaşlarda yaşayır. Hər ilyanvarın 20-si Azərbaycanda hüzn, ehtiram və düşüncə günüdür. Bugün təkcə keçmişi xatırlamaq yox, həm də bu keçmişdən nəticəçıxarmaq, müasir dövrün reallıqları fonunda 20 Yanvar hadisələrinəyenidən baxmaq üçün bir fürsətdir. 20 Yanvar - keçmişin ağrısı, bugünün dərsi və gələcəyin məsuliyyətidir.
Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.
"1980-ci illərin sonları Sovet İttifaqının dərin siyasi,iqtisadi və ideoloji böhran dövrü idi. Milli respublikalarda, ocümlədən Azərbaycanda mərkəzi hakimiyyətə qarşı narazılıqlargüclənməyə başladı. Bu dövrdə Azərbaycanın üzləşdiyi əsasproblemlərdən biri də Qarabağ münaqişəsinin başlanması idi. 1988-ciildən etibarən Ermənistanın ərazi iddiaları, azərbaycanlıların öztarixi torpaqlarından qovulması, mərkəzi sovet hakimiyyətinin isəbu məsələdə qeyri-obyektiv və passiv mövqeyi cəmiyyətdə ciddinarazılıq yaratmışdı. Eyni zamanda, Bakıda və respublikanın digərşəhərlərində müstəqillik, suverenlik tələbləri ilə kütləvimitinqlər keçirilirdi. 1990-cı ilin yanvar ayına doğru Bakıdaictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Minlərlə insanküçələrə çıxaraq həm Qarabağ məsələsində ədalət tələb edir, həm dəAzərbaycanın gələcək taleyinin Moskva tərəfindən deyil, xalqın özütərəfindən müəyyənləşdirilməsini istəyirdi. Bu etirazlar Sovetrəhbərliyi tərəfindən ciddi təhlükə kimi qiymətləndirilirdi", - obildirib.
Onun sözlərinə görə, yanvarın 19-dan 20-nə keçən gecə Sovetordusunun böyük kontingenti Bakıya yeridildi. Rəsmi bəhanə kimiictimai asayişin bərpası göstərilsə də, əsl məqsəd milli azadlıqhərəkatını boğmaq idi. Şəhərə daxil olan hərbi hissələr dincəhaliyə qarşı misli görünməmiş zorakılıq nümayiş etdirdi.
"1990-cı il yanvarın 20-si Azərbaycan tarixində qanla yazıldı.Hərbi texnika ilə şəhərə girən sovet qoşunları xəbərdarlıq etmədəninsanlara atəş açdı. Küçələrdə, meydanlarda, hətta evlərininyaxınlığında olan dinc sakinlər həlak oldular. Qadınlar, uşaqlar,yaşlı insanlar bu faciənin qurbanına çevrildi. Rəsmi məlumatlaragörə, onlarla insan həyatını itirdi, yüzlərlə insan yaralandı.Hadisələr zamanı televiziya mərkəzinin enerji blokununpartladılması ilə informasiya axını kəsildi, Bakı faktiki olaraqinformasiya blokadasına alındı. 20 Yanvar təkcə bir hərbi əməliyyatdeyil, eyni zamanda Sovet İttifaqının öz vətəndaşlarına qarşıhəyata keçirdiyi siyasi terror aktı idi. Bu hadisə imperiyanın əslmahiyyətini açıq şəkildə göstərdi. Azərbaycan cəmiyyəti üçün isə bufaciə milli oyanışın daha da güclənməsinə səbəb oldu. QanlıYanvardan sonra müstəqillik ideyası daha geniş kütlələr tərəfindənqəbul edilməyə başladı. İnsanlar başa düşdülər ki, bu sistemdaxilində ədalət və təhlükəsizlik mümkün deyil. Beləliklə, 20Yanvar faciəsi eyni zamanda Azərbaycanın müstəqillik yolunda dönüşnöqtəsinə çevrildi", - o bildirib.
A.Qarayev qeyd edib ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqiqiyməti verənlərdən biri də məhz Ümummilli lider Heydər Əliyevoldu. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuatqarşısında çıxış edərək sovet rəhbərliyinin hərəkətlərini açıqşəkildə pislədi. Bu mövqe həmin dövrdə böyük cəsarət tələb edirdivə Azərbaycan xalqının maraqlarının müdafiəsi baxımından mühüməhəmiyyət daşıyırdı. Məhz sonrakı illərdə, müstəqil Azərbaycandövründə 20 Yanvar hadisələrinə rəsmi siyasi qiymət verildi,şəhidlərin xatirəsi əbədiləşdirildi.
"Bu gün Bakının ən müqəddəs yerlərindən biri ŞəhidlərXiyabanıdır. 20 Yanvar şəhidləri burada dəfn olunub. Hər ilminlərlə insan yanvarın 20-də xiyabana gələrək şəhidlərinxatirəsini ehtiramla yad edir. Şəhidlər Xiyabanı təkcə bir məzarlıqdeyil, həm də milli yaddaşın, azadlıq uğrunda mübarizəninsimvoludur. Burada səssizlik belə danışır, hər məzar daşı birtaleyi, bir ailənin faciəsini və bütöv bir xalqın mübarizə yolunuxatırladır. Bu gün müstəqil Azərbaycan dövləti 20 Yanvarşəhidlərinin arzularının reallaşdığı bir reallıqdır. Dövlətsuverenliyi, müstəqil xarici siyasət, öz ordusu və milli maraqlaraəsaslanan strategiya – bütün bunlar 1990-cı ildə həyatını itirəninsanların qanı bahasına mümkün olub. Xüsusilə son illərdəPrezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazibütövlüyünün bərpası istiqamətində atılan addımlar. Milli iradə,birlik və qətiyyət bu yolun əsas dayaqlarıdır", - o bildirib.
Politoloq vurğulayıb ki, zaman keçdikcə hadisələr tarixəçevrilir, lakin onların mənası dəyişməməlidir. Bu baxımdan 20Yanvarın gənc nəsilə düzgün şəkildə çatdırılması xüsusi əhəmiyyətdaşıyır. Məktəblərdə, universitetlərdə, mediada və ailə mühitindəbu tarix yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq və milliləyaqət nümunəsi kimi təqdim olunmalıdır. Gənclər bilməlidir ki, bugün sahib olduqları azadlıq asanlıqla əldə edilməyib və onunqorunması da məsuliyyət tələb edir.
"Uzun illər ərzində 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətəlazımi səviyyədə çatdırılmayıb. Lakin son dövrlərdə aparılaninformasiya və diplomatik fəaliyyət nəticəsində bu faciə bir çoxölkələrdə siyasi repressiya nümunəsi kimi tanınmağa başlayıb. Bu,təkcə tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə oxşarhadisələrin təkrarlanmaması üçün mühüm mesajdır. 20 YanvarAzərbaycan tarixində həm faciə, həm də şərəf səhifəsidir. Bu günbiz həmin hadisələri xatırlayarkən yalnız kədər hissi keçirmirik,eyni zamanda qürur duyuruq. Çünki o gecə həyatını itirən insanlarAzərbaycanın azad gələcəyi üçün şəhid oldular. Bu gün müstəqil,güclü və beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan dövləti 20Yanvar şəhidlərinin xatirəsi qarşısında tarixi məsuliyyət daşıyır.Onların xatirəsini yaşatmaq, ideallarını qorumaq və gələcəknəsillərə ötürmək isə hər bir azərbaycanlının borcudur", - obildirib.