RU

Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib, həbs müddəti uzadılıb

Hazırda həbsdə olan vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

APA xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən, Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Zabil Qəhrəmanovun vəkili Babək Həmidov APA-ya bildirib ki, müvəkkili barəsində cinayət işi Gəncə Şəhər Polis İdarəsində açılsa da, sonradan cinayət işi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Bunun üçün də Zabil Qəhrəmanov Bakıya gətirirlib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Həmçinin ona əlavə ittihamlar irəli sürülüb.

Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Избранный
26
17
apa.az

10Источники