RU

Zidan Fransa millisinə baş məşqçilik edəcək


Fransa Futbol Federasiyası (FFF) 2026-cı il Dünya Kubokundan sonra Zinəddin Zidanın milli komandanın baş məşqçisi təyin edilməsi üçün prosesi başladıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin nüfuzlu “L'Équipe” nəşri məlumat yayıb.
Məlumata görə, FFF Zidanı milli komandaya dəvət etmək üçün artıq rəsmi addımlar atıb.
Hazırkı Fransa millisinin məşqçisi Didye Deşamın bu yay keçiriləcək 2026-cı il Dünya Kubokundan sonra istefa verəcəyi və sükan arxasına yeni bir məşqçinin keçəcəyi gözlənilir.
Zidanın “Real Madrid”ə mümkün qayıdışı ilə bağlı vaxtaşırı mediada şayiələr yayılsa da, hazırkı vəziyyət onun karyerasının fərqli bir istiqamətə yönəldiyini göstərir.
Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayından bəri məşqçilik etmir. O, “Real Madrid”də ikinci müddətini başa vurub (2016-2018 və 2019-2021-ci illər). Fasiləyə baxmayaraq, onun adı son illərdə bir sıra yüksək səviyyəli layihələrdə müntəzəm olaraq hallanır.
Избранный
161
yeniavaz.com

1Источники