RU

"Beşiktaş"ın futbolçusuna 30 milyondan yuxarı təklif

BAKI, 19 yanvar. TELEQRAF

“Beşiktaş”ın və Türkiyə millisinin futbolçusu Orkun Kökçü karyerasını Rusiyada davam etdirə bilər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, “Zenit” 25 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.

Rusiya klubunun “Beşiktaş”ın qapısını 30 milyon avronu aşan rəsmi təkliflə döydüyü və siyah-qaralara “rədd edilə bilməyəcək” bir paket təqdim etdiyi bildirilib.

Mövsüm əvvəli böyük ümid və fədakarlıqlarla “siyah-qaralar”a qoşulan uğurlu yarımmüdafiəçi heç cür ayrılmağı düşünmədiyini Prezident Serdal Adalı və baş məşqçi Sergen Yalçın-a bildirib.

Qeyd edək ki, “Beşiktaş”a Orkun Kökçünü mövsümün əvvəlində 25 milyon + 5 milyon avro bonus ödəyərək “Benfika”dan transfer etmişdi.

Избранный
82
teleqraf.com

1Источники