RU

Türkiyədə məşhur aparıcı həbsEDİLDİ

Türkiyəli tanınmış psixoloq, yazıçı və aparıcı Esra Ezmeciyə 10 ay həbs cəzası verilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.

Bildirilib ki, Ezmeci lisenziyasında istifadə etdiyi "klinik psixoloq" titulunu araşdıran qruplar onun bu sahədə heç bir diploma sahib olmadığını aşkar ediblər.

Qeyd edilib ki, qaldırılan cinayət şikayətindən sonra İstanbul Baş Prokurorluğu Ezmeciyə qarşı istintaq başladılıb.

Ezmeci və vəkili İstanbul Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən dinləmədə iştirak ediblər. Müdafiə tərəfini dinlədikdən sonra məhkəmə heyəti qərarını elan edərək Ezmeci 10 ay həbs cəzasına məhkum edilib.

Bundan əlavə, Ezmeci ilə bağlı hökmün elan edilməsinin təxirə salınması qərarı verilsə də, Ezmeci qərardan apellyasiya şikayəti verib.

Избранный
113
39
redaktor.az

10Источники