Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"ABŞ İranın Ali Lideri Əli Xameneyinin hakimiyyətinə son qoymaq üçün bütün mümkün addımları atmalıdır".
“Cebheinfo.az”-ın məlumatına görə, senator Ted Kruz “Fox News”-a müsahibəsində belə deyib.
“İnanıram ki, ABŞ bu rejimə son qoymaq üçün mümkün olan hər şeyi etməlidir”,-deyə Ted Kruz bildirib.
Senator qeyd edib ki, Ayətullah Xameneyi Amerikaya nifrət edir: “O, müntəzəm olaraq “Amerikaya ölüm” şüarları səsləndirən böyük izdihamın rəhbərliyi altında çıxış edir”.
Bu arada, Xameneyinin ofisinin sözçüsü Mehdi Fəzaeli ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyini dəyişdirməklə bağlı açıqlamalarını “günahkar bir şəxsin ümidsiz cəhdləri” adlandırıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.