RU

Rusiyada araq istehsalı azalıb

ain.az, Ayna portalına istinadən məlumat verir.

Güclü təsirli spirtli içkilərin satışı da azalıb

Rusiyada araq istehsalı 2025-ci ildə 4,2 faiz azalaraq 79,32 milyon dekalitr təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə TASS Alkoqol Bazarına Nəzarət üzrə Federal Xidmətin (Rosalkogoltobakkontrol) məlumatlarına istinadən məlumat yayıb.

Rusiya Federasiyasında konyak istehsalında azalma 13,3 faiz təşkil edərək 8,37 milyon dekalitra enib. Pivə, alma şərabı, perri və bal şərabı istisna olmaqla, spirtli içkilərin ümumi istehsalı da 5,3 faiz azalıb.

Eyni zamanda, Rusiyada şərab istehsalı ötən il 13,6 faiz artaraq 36,98 milyon dekalitra, likör istehsalı isə 8,1 faiz artaraq 19,61 milyon dekalitra çatıb.

İlk üç rübdə Rusiyada araq istehsalı 6 faiz, yanvar-oktyabr ayları arasında isə 5,6 faiz azalıb. Beləliklə, azalma 2025-ci ilin son aylarında yavaşlayıb . Dekabr ayında açıqlanan statistikaya görə, istehsalın azalması ilə yanaşı, Rusiyada güclü təsirli spirtli içkilərin satışı da azalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
ayna.az

1Источники