ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Çexiya Ukraynaya dronlara qarşı mübarizə aparmaq üçün L-159 yüngül döyüş-təlim təyyarəsi satmayacaq”.
525.az xəbər verir ki, bunu ölkənin Baş naziri Andrey Babiş deyib.
Hökumət rəhbəri bildirib ki, Çexiya ordusunun bu təyyarələrə ehtiyacı var və onların istismar müddəti 2040-cı ilə qədər planlaşdırılıb: “Bizim başqa təyyarələrimiz yoxdur”.
Onun sözlərinə görə, hazırda istifadəsiz təyyarə yoxdur və mövcud olanların hamısı hərbi tapşırıqlar üçün istifadə olunur.
Babiş qeyd edib ki, Müdafiə Nazirliyi də 2023-cü ildə təyyarələri Ukraynaya verməmək barədə oxşar qərar qəbul edib.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.