RU

Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Rəşid Behbudov küçəsində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.

Belə ki, 90-RR-480 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobilin sürücüsü sağ zolaqdakı motosikleti nəzərə almayaraq həmin zolağa daxil olub və motosikletçiyə qəza təhlükəsi yaradıb.

Kadrlar göstərir ki, sürücü motosikletin düz yanından keçərək zolaqda irəliləyib.

Hadisədən sonra motosikletçi sürücüyə yaxınlaşıb: “Qəsdən etdiniz?” – deyə soruşur.

Sürücü isə “Görürsən ki, maşının işığını yandırıb-söndürürəm ki, biraz sağa çəkilib yol verəsən. Qəsdən yolun ortasıyla gedirsən” - deyərək cavab verib.

Bu cavabdan sonra motosikletçi qaydalara uyğun fikrini ona izah edib: “Hər bir nəqliyyat vasitəsi zolağın ortasıyla hərəkət etməlidir. Mən də zolağın ortasıyla gedirəm”.

Sürücü isə qarşılığında “Xeyr, sən sağla getməlisən” - deyərək qaydalardan bixəbər olduğunu bir daha nümayiş etdirib.

Nərmin

Oxunub 220

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
avtosfer.az

1Источники