RU

Rusiyanın məşhur musiqi prodüserləri S.O.S dan danışdı

ain.az bildirir, Axsham.az portalına istinadən.

Rusiyanın məşhur musiqi prodüseri Anton Pronin Xalq artisti Aygün Kazımovanın dillər əzbəri olan "S.O.S" hitini müzakirəyə çıxardıb. 

Axşam.az xəbər verir ki, Pronin musiqi prodüserləri, radio diceyləri ilə birlikdə mahnı ilə bağlı fikirlərini bölüşərək, onun hit olmasından danışıb. "Yandex music"də ilk onluqda yer alan "S.O.S" mahnısı haqda fikirlərini bölüşən prodüser bildirib ki, mahnıda şərq ab-havası var, bu da onu daha çox trenddə saxlayır:

"Mahnını maraqlı, tələbatlı edib. Bəstəni bir neçə dəfə dinlədim. Musiqi platformalarında birinci yerdə olması ilk həftə deyil. Artıq uzun müddətdir".

Musiqi prodüseri, bəstəkar Maxong mahnını bir çox əcnəbi bəstələrlə müqayisə edib və çox bəyəndiyini bildirib.  

İnternet-marketoloq Vadim Rahbari "Məşhur Azərbaycan mahnısıdır, bütün musiqi çartlara girir. Əla keyfiyyətdədir. Bu mahnı top-çartlar üçün əla treklər yaratmaq həvəsini verir" sözlərini deyib.

Radio diceyi, prodüser və "TopHit" musiqi platformasının yaradıcısı "Mahnının maraqlı hekayəsi var. Azərbaycan ulduzunun hitidir. Mahnıda hər şey möhtəşəmdir. Bütün karoki klublarda, diskotekalarda səslənir və hitdir" sözlərini əlavə edib. 

Qeyd edək ki, Pop kraliçanın "S.O.S" mahnısı yutubda 57 milyondan çox izlənilib. Mahnı çıxdığı gündən bütün musiqi platformalarında ilk sırada yer alıb. Dünyanın bir çox yerindən "S.O.S"un sorağı gəlib. Mahnı qlobal - Avropa, SNQ ölkələrində "play-list"lərə də düşüb.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
axsam.az

1Источники