İstanbul, 19 yanvar, Günel Karatepe, AZƏRTAC
Yanvarın 20-də Ankarada Türkiyə ilə Özbəkistan arasında əməkdaşlığın inkişafı çərçivəsində iki ölkə arasında Birgə Strateji Planlaşdırma Qrupunun dördüncü toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, toplantıya Türkiyə və Özbəkistanın xarici işlər naziri həmsədrlik edəcəklər.
Eyni gün Türkiyə–Özbəkistan 4+4 Mexanizminin Birinci Toplantısı da baş tutacaq. Bu toplantıda Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan ilə yanaşı, ölkənin daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcəklər.
Toplantılar çərçivəsində iki ölkə arasında siyasi, təhlükəsizlik, müdafiə və regional əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.