RU

Müharibə bitdikdən sonra Ukrayna Qərbə lazım olmayacaq -Lukaşenko

“Müharibə başa çatdıqdan sonra Ukrayna Qərbin dəstəyindən məhrum qalacaq və ona yalnız Moskva və Minsk kömək edə biləcək”.

Editor.az xəbər verir ki, bu açıqlama ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib.

Lukaşenko qeyd edib ki, Kiyev mövcud vəziyyəti anlamır və münaqişə bitdikdən sonra Qərbin artıq Ukraynaya ehtiyacı olmayacaq.

Lukaşenkonun sözlərinə görə, indi Ukraynadakı münaqişəyə son qoymaq üçün unikal bir fürsət var: “Tərəflər mövcud vəziyyətdən sülh razılaşmasına nail olmaq üçün istifadə edə bilərlər”.

//Samir Qurbanov, Editor.az

Избранный
47
1
editor.az

2Источники