RU

CƏlilabadda yük maşını 64 yaşlı kişini vurdu VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonu Maşlıq kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə kənd ərazisində qeydə alınıb.

 

Belə ki, Qazel markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşid oğlunu vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün kimliyi dəqiqləşdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
148
2
bizim.media

2Источники