RU

Ən etibarlı əskinasları olan ölkələr müəyyənləşib

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

1961-ci ildə qəbul olunmuş qərara əsasən, Beynəlxalq Banknot Cəmiyyəti uzun illərdir müxtəlif ölkələrin kağız, eyni zamanda plastik banknotlarını araşdırır. 2004-cü ildən təşkilat hər il "İlin pulu"nu seçir. Seçim üçün banknot həmin il dövriyyəyə çıxmalı, layihə və yaxud da təsdiq olunmuş nümunə olmamalıdır. Əsas meyarlardan biri də pulun gözəl dizaynıdır.

Reyting.az-ın məlumatına görə, pulların gözəllik meyarları əsasən harmonik rənglər, rəng balansı, kontrast, şrift, vizual cəlbedicilik, saxtakarlığa qarşı qorunma, qrafik, maqnit zolaqlar, su nişanı və s. bu kimi xüsusiyyətlərinə qiymətləndirilir. Daha sonra isə qalib şansı olanlarla bağlı onlayn səsvermə keçirilir.

Məlumata görə, son illərin qalib dövlətləri sırasında yer tutan Kanada əskinasları bir neçə özəlliyinə görə seçilib. Kanadanın kağız banknotları üzərində əks olunan Kraliça II Elizabetin portreti, eləcə də yerli Heyda mədəniyyətinə həsr edilən rəsmlər, kompleks qorunma elementləri bu pulların xüsusi keyfiyyətini göstərir.

Ən gözəl və etibarlı əskinasları olan ölkələr bunlardır:

Farer adaları

Komor adaları

Şotlandiya

Samoa

Yeni Zelandiya

Cənubi Afrika

Qazaxıstan

Trinidad və Tobaqo

Yeni Zelandiya

İsveçrə

Kanada

Aruba

Meksika

Filippin

Şərqi Karib

Karib hövzəsi.

Hazırda "The International Bank Note Society" beynəlxalq təşkilatının ekspertləri 2025-ci ilin ən gözəl banknotu üçün səsverməyə başlayıb və nəticələr tezliklə elan ediləcək.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
reyting.az

1Источники