RU

Bundan sonra DYP avtomobilləri duracağa aparanda... - DƏYİŞİKLİKVİDEO

Duracağa aparılan avtomobilin oradan çıxarılması üçün artıq əvvəlcədən cərimə ödənişi şərt olmaya bilər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinin sahibi yalnız mühafizə olunan duracağa aparılma və saxlanma haqqını ödədikdən dərhal sonra avtomobilini geri ala biləcək.

Layihənin müzakirəsində iştirak edən millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, saxlanma haqqının hesablanması isə avtomobilin duracağa gətirildiyi gün deyil, növbəti gün saat 00:00-dan başlayacaq.

Qanun layihəsində diqqət çəkən digər mühüm dəyişiklik isə avtomobil yollarının kateqoriyası və sürət rejimi ilə bağlıdır. İlk dəfə olaraq qanunvericilikdə ödənişli avtomagistral anlayışı ayrıca müəyyən edilir və bu yollarda maksimal sürət həddi 110 km/saat sürətdən 130-a yüksəldilir.

Ancaq yol hərəkəti üzrə ekspertlər hesab edir ki, sürət rejiminə yanaşma yalnız ödənişli avtomagistrallarla məhdudlaşmamalıdır.

Ekspert Ərşad Hüseynovun fikrincə, əgər sürət artırılırsa, bu yalnız yolun ödənişli olub-olmamasına görə deyil, onun texniki göstəricilərinə görə müəyyən edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
51
xezerxeber.az

1Источники