RU

Trampdan Avropaya əlavə vergi açıqlaması: “Yüz faiz edəcəyəm”

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı açıqlama verib.

Editor.az xəbər verir ki, Tramp ABŞ-ın NBC News telekanalına verdiyi qısa telefon müsahibəsində Qrenlandiyanın satın alınması ilə bağlı razılaşma əldə olunana qədər səkkiz Avropa ölkəsinə qarşı gömrük rüsumlarının tətbiq edilib-edilməyəcəyi sualına “Bunu yüz faiz edəcəyəm” cavabını verib.

ABŞ Prezidenti Qrenlandiyanı ələ keçirmək üçün hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı suala isə “Şərh yoxdur” deyə cavab verib.

Donald Tramp daha əvvəl, şənbə günü verdiyi açıqlamada Qrenlandiyanın ABŞ tərəfindən satın alınması ilə bağlı razılaşma əldə olunana qədər Danimarka və daha yeddi Avropa ölkəsinə yüzdə 10 əlavə gömrük rüsumu tətbiq olunacağını bildirmişdi. NBC-nin bu qərarın qəti olub-olmaması ilə bağlı sualını cavablandıran Tramp “Bunu yüz faiz edəcəyəm” deyə vurğulayıb.

ABŞ Prezidenti həmçinin Nobel Sülh Mükafatının ona verilməməsi məsələsinə də toxunaraq, “Nə deyirlər desinlər, bu prosesi tam şəkildə Norveç nəzarətdə saxlayır” ifadəsini işlədib.

//Gülnarə Abasova, Editor.az

Избранный
83
editor.az

1Источники