RU

Sabirabadda uçan körpü niyə bərpa edilmir?VİDEO

Bir aya yaxındır uçan körpü hələ də təmir edilməyib.

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabirabadınn Sarxanbəyli kəndindəndir. Aşağı Mil-Muğan kollektorunun üzərində yerləşən körpünün bərpa edilməməsi sakinləri çıxılmaz vəziyyətdə qoyub. Körpü dağılandan sonra qarşı tərəfə nəqliyyat vasitələri ilə keçid tamamilə kəsilib. Nəticədə sakinlər qonşu rayonlara getmək, eləcə də əkin sahələrinə texnika çıxartmaq üçün kilometrlərlə məsafə qət etmək məcburiyyətində qalırlar.

Körpü Aşağı Mil-Muğan Meliorasiya İdarəsinin balansındadır. İdarənin baş mühəndisi Zalış Bünyatov "Xəzər Xəbər"ə bildirdi ki, hazırda körpünün yaxınlığında alternativ yolun çəkilişinə hazırlıq görülür. Yeni körpünün tikintisi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Mütəxəssislər əraziyə baxış keçirib, aktlar tərtib olunub, smeta-layihə sənədləri hazırlanıb.

Planlaşdırılıb ki, bu ilin sonuna kimi yeni körpü tikilərək sakinlərin istifadəsinə verilsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
19
xezerxeber.az

1Источники