RU

Porsche si olan ukraynalıya verilən yardım əlindən alınacaq

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsveçrədə məskunlaşmış ukraynalı qaçqın dövlət tərəfindən indiyə kimi ona verilmiş 67,3 min frankı (84,1 min ABŞ dolları) qaytarmalıdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun dəbdəbəli həyat tərzidir.

Belə ki, araşdırmalardan sonra 40 yaşlı ukraynalının 37,5 min frank dəyərində "Porsche Cayenne" avtomobili olduğu üzə çıxıb. Bundan başqa o, tez-tez digər Avropa ölkələrinə səyahət edir, aldığı yardımı isə gəzintiyə xərcləyir. Məhz bu amilləri nəzərə alan məhkəmə ona yardım kimi verilən pulun geri qaytarılması haqda qərar qəbul edib. Ukraynalı isə qərarla razılaşmayaraq apelyasiya şikayəti verib.

Qeyd edək ki, hazırda Avropa ölkələrində 4,3 milyon ukraynalı qaçqın məskunlaşıb. Onların əksəriyyəti Polşa, Almaniya və Çexiyadadır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
525.az

1Источники