RU

Pezeşkian çağırış etdi: “Həbs edilənlərin işlərinə ədalətlə baxılsın”



İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etiraz aksiyaları zamanı həbs edilən şəxslərin işlərinə ədalətlə baxılması çağırışı edib.

Dünən rəqəmsal iqtisadiyyat sahəsində çalışan iş adamları ilə görüşündə Pezeşkian bildirib ki, “terror hadisələrində böyük rol oynamayan şəxslərlə düzgün davranılmalı, onların hüquqları qorunmalıdır”.

Onun sözlərinə görə, aksiyalara birbaşa qatılanların işi isə məhkəmə və təhlükəsizlik mexanizmləri çərçivəsində həll olunacaq.

Prezident vurğulayıb ki, sadəcə şəxsləri tutmaq kifayət deyil və heç kimin hüquqları pozulmamalıdır. Onun sözlərinə görə, bütün saxlanılan şəxslərin işinə diqqətlə və ədalətlə baxılmalıdır.

İRADƏ

Избранный
64
baki-xeber.com

1Источники