RU

Radev istefa verdi: Bolqarıstanda növbədənkənar seçkilər olacaq

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Bolqarıstan Prezidenti Rumen Radev vəzifəsindən istefa verəcəyini açıqlayıb və növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətini bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

Radevin sözlərinə görə, ali qanunverici orqanda təmsil olunan siyasi partiyaların yeni hökumət formalaşdırmaq üçün razılığa gələ bilməməsi növbədənkənar seçkiləri qaçılmaz edib. Mövcud vəziyyətdə prezident postunu tərk etməyi zəruri hesab etdiyini vurğulayıb.

“Yanvarın 20-si səhər saatlarında istefa ərizəmi təqdim edəcəm. Əminəm ki, vitse-prezident İliyana Yotova prezident vəzifəsində məni layiqincə əvəz edəcək”, – deyə Radev vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
97
globalinfo.az

1Источники