RU

İlahiyyatçıdan qalmaqallı açıqlama: “Qadının ictimai yerdə “Quran” oxumasında heç bir problem yoxdur, Alim Qasımov mömin adamdır, qızı da...”

“Qadının “Quran” oxumasında heç bir problem yoxdur. Əgər kimdəsə qadın “Quran” oxuyarkən qadına qarşı xoşagəlməz hisslər oyanırsa, həmin şəxs özü xəstədir və ictimaiyyət üçün də təhlükəli adamdır, təcrid olunmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan Xalq artisti Alim Qasımovun nəvəsinin toyunun açılışında hicablı qadın tərəfindən “Fatihə” surəsinin oxunmasının tənqid edilməsindən danışarkən deyib.

 

“Bəyəm iş yerində, küçədə, yolda, ictimai nəqliyyatdan istifadə zamanı qadın səsi eşitmirik? Onda metroya minməsinlər, çünki metroda stansiyaların adlarını qadın elan edir. Toyda "Quran" oxunubsa, çox gözəl. Alim Qasımov mömin adamdır. Qızı da dinə riayət edir. Eyni zamanda müasir insandır. Muğam da oxuyur, xalqın tanınmış sənətçisidir. Qadının ictimai yerdə "Quran" oxumasında heç bir problem yoxdur. Problem buna rişxənd edən, qulp qoyan xəstə təfəkkürdədir. Qadını təcrid edib dünyadan xali şəkildə evə qapatmaq orta əsrlərə xas ərəb və fars vəhşi zehniyyətinin qəbilə ənənəsidir. Türk millətinin qadını lazım gələndə at belində qılınc oynadıb, lazım gələndə də təndir qalayıb, çörək yapıb. Xəstə beyinli, vəhşi ruhlu adamlar qapı cırıltısına da mənfi hisslər keçirə bilərlər. Elələri mənəviyyatını, psixologiyasını müalicə etməlidir. "Quran" təbliğ olunmaq, oxunmaq üçündür. Necə olur, muğam oxuyanda qadına qulaq asmaq olur, amma "Quran" oxuyanda olmur? "Qadın səsi haramdır" deyənlər İran mollalarını və bir sıra şeyxləri kor-koranə təqlid edənlərdir. "Quran" ölü qəlblərə şəfa verir. Qadın səsi ilə "Quran" eşitmək istəməyənlər daxilən vəhşi və cəmiyyət üçün ziyanlı varlıqlardır. Elələrini məcburi müalicəyə cəlb etmək lazımdır”, - ilahiyyatçı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 19 Yanvar 2026, 23:02   
Избранный
61
pravda.az

1Источники