RU

AFFA rəsmiləri bölgələrdə uşaq futbol məktəblərini ziyarət ediblər

AFFA-nın Regional Səfər Proqramı çərçivəsində bu gün Masallı rayonunun Ərkivan qəsəbəsi, Biləsuvar və Salyan rayonlarına səfər təşkil olunub.
Səfərdə AFFA nümayəndəsi Ramazan Səmədov və AFFA Veteranlar İttifaqının sədr müavini, veteran futbolçu Rüstəm Rəhimov iştirak ediblər.
Proqram çərçivəsində Masallı (Ərkivan), Biləsuvar və Salyan rayonlarında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinə baş çəkilib, məşq prosesi ilə tanış olunub, məşqçilər və gənc futbolçularla fikir mübadiləsi aparılıb. AFFA tərəfindən hər bir məktəbə 10 ədəd futbol topu, məşq jiletləri və digər idman ləvazimatları təqdim edilib.
Biləsuvar rayonunda səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüş keçirilib. Görüş zamanı regionda futbolun inkişafı, uşaq futbol məktəblərinin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
AFFA Regional Səfər Proqramının əsas məqsədi regionlarda futbolun inkişafına dəstək vermək, uşaq və yeniyetmələrin idmana cəlb olunmasını təşviq etmək və yerli qurumlarla əməkdaşlığı gücləndirməkdir.
 
 
 
Избранный
72
6
affa.az

7Источники