RU

Ağdamda müasir təhsil infrastrukturunun yeni siması - Xıdırlı kənd tam orta məktəbindən REPORTAJ FOTO VİDEO  

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində təhsil infrastrukturunun yenilənməsi prioritet istiqamətlərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də ötən il istifadəyə verilən Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir tələblərə cavab verən məktəb binası həm infrastrukturu, həm də burada yaradılan tədris mühiti ilə seçilir. Xıdırlı kənd tam orta məktəbi bu gün doğma yurda qayıdan müəllim və şagirdlər üçün gələcəyə inamın və yeni başlanğıcın simvoluna çevrilib.

Məktəbin direktoru Mətanət Məmmədova üçün bu təhsil ocağı yalnız iş yeri deyil, həm də yarımçıq qalan arzularının davamıdır. Bildirir ki, Xıdırlı kəndində anadan olub və orta təhsilini də bu məktəbdə alıb. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra doğma məktəbinə müəllim kimi qayıdan Mətanət Məmmədova təəssüflə qeyd edir ki, fəaliyyəti cəmi üç il çəkib və Xıdırlı kəndinin işğalı səbəbindən 26 yaşında doğma yurdunu tərk etməli olub.

“Sonrakı illərdə təhsil sahəsində çalışsam da, içimdə bir boşluq var idi. Bu boşluğun 2025-ci il sentyabrın 15-də tamamlandığını hiss etdim. Xıdırlı kənd tam orta məktəbi fəaliyyətə başladı və mən bu məktəbə direktor təyin olundum. Artıq yarımçıq qoyduğum arzularımı reallaşdırıram”, – deyə məktəb direktoru vurğulayır.

Избранный
85
azerbaijan-news.az

1Источники