RU

Dubay-Kazan marşrutu üzrə hərəkət edən təyyarəyə Bakıya məcburi eniş edib

BAKI, 20 yanvar. TELEQRAF

"FlyDubai" aviaşirkətinə məxsus, Dubay-Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Bildirilib ki, hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər olunub və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.

Избранный
57
22
teleqraf.com

10Источники