RU

Ulu Öndərin 20 Yanvarla bağlı tarixi çıxışı – VİDEO

İllər öncə Ümummilli lider Heydər Əliyev Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar faciəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüş zamanı Ulu Öndər çıxış edərək şəhidlərin göstərdiyi misilsiz fədakarlığı yüksək qiymətləndirib, onların Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçdiklərini vurğulayıb. O bildirib ki, şəhidlərin qəhrəmanlığı xalqımızın azadlıq əzmini bütün dünyaya nümayiş etdirib.

Görüşdə Heydər Əliyevi hazırkı dövlət başçısı İlham Əliyev də müşayiət edib. Ümummilli lider qeyd edib ki, şəhidlərin tökdüyü qan heç vaxt unudulmayacaq və onların qoyduğu irs Azərbaycanın daim müstəqil dövlət kimi yaşamasına xidmət edəcək.

Sonda o, xalqın bu müqəddəs yolda hər zaman əzmlə və mətinliklə irəliləyəcəyinə əminliyini ifadə edib.

Избранный
169
nocomment.az

1Источники