RU

Böyük Britaniya Norveçdəki hərbi kontingentinin sayını iki dəfə artıracaq

Bakı. Trend:

Böyük Britaniya Norveçdə dislokasiya olunmuş hərbiqulluqçularının sayını iki dəfə artırmağı planlaşdırır.

Trend-inməlumatına görə, bunu Birləşmiş Krallığın xarici işlər naziri İvettKuper İcmalar Palatasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 50 ildən artıqdır ki, Böyük BritaniyanınKral Dəniz Piyadaları Norveçin Arktika bölgəsində təlimlər keçirir.“Lakin biz öhdəliklərimizi artırırıq və oradakı dəniz piyadalarınınsayını üç il ərzində mindən 2 minə çatdırırıq”, – deyə nazirvurğulayıb.

İvett Kuper əlavə edib ki, Britaniya tərəfi 2026-cı il ərzindəŞimali Atlantikada və Uzaq Şimalda bir sıra hərbi təlimlərdəiştirak etməyi planlaşdırır.

Qeyd edək ki, Böyük Britaniyanın Kral Dəniz Piyadalarının “CampViking” bazası Norveçin Arktika bölgəsində 2023-cü ilin martındayaradılıb və növbəti 10 il ərzində Britaniya qüvvələrinin Arktikadayerləşdirilməsi və hazırlanması üçün əsas mərkəzə çevrilib. BazaEverbiqd qəsəbəsində yerləşir və Norveç Hərbi Hava QüvvələrininBardufos bazasından 40 kilometr məsafədədir. Həmin bazada Britaniyakommandolarının helikopter bölməsi dislokasiya olunub.

Избранный
173
az.trend.az

1Источники