“ChatGPT” çatbotunun yaradıcısı “OpenAI”nin ilk cihazını nə vaxt təqdim etməyi planlaşdırdığı bilinib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin siyasət rəhbəri Kris Leheyn “Axios” nəşrinə danışıb.
O bildirib ki, ABŞ şirkəti cihazın buraxılışını 2026-cı ilin ikinci yarısına planlaşdırır.
Şirkət rəsmisinin sözlərinə görə, yeni cihaz smartfonlardan daha səssiz və istifadəsi daha asan olacaq.